Chen

🇵🇸
Forum Sorumlusu
Katılım
9 Ocak 2020
Mesajlar
44,505
Çözümler
4
Tepki puanı
13,004
Puanları
113
Konum
.
Cinsiyet
Kadın
Kızım, dilimin şekeri, tuzu

Ömrümün baharı, yazı

Ruhumun sözü, avazı, kızım

En güzel alın yazım

En güzel alın yazım

En güzel alın yazım

Qızım, dilimin şəkəri, duzu

Ömrümün baharı, yazı

Ruhumun sözü, avazı, qızım

Ən gözəl alın yazım

Ən gözəl alın yazım

Ən gözəl alın yazım

Qızım


Səni qoruyum soyuq əllərdən

İsidim günəşi doğmayan günlərdən

Acı dillərdən, dəyərsiz ellərdən

“Xoş gəldin”i olmayan evlərdən

Səni qoruyum içimdə dinsizlikdən

Və dinlərdən


İzim qalacaq məndən sənsən, qızım

Mən silah sən sipərsən, qızım

Qaldırarsan çökərsə dizim

Anlayarsan bitərsə sözüm

Yalan olsam söylərsən düzün

Bir gün ölsəm bağlarsan gözüm

Sən gələcəyin atəşi — mən olacam kömürün, közün

Səni dəyişmərəm min bir dərdimə dərmana səni can bahasına

Səni mən istərəm həyat olsa da mənə zindan qan bahasına

Əlindən tutan barmaqlarım bir gün olsa sənə barmaqlıqlar

Səni qurtararam hətta özümdən özümə qarşı üsyan bahasına


Kızım dilimin şekeri, tuzu

Ömrümün baharı, yazı



Mənim ruhumun avazı

Bu dünya səndən narazı

İblis yalanın atası

Pıçıldar: tənhalıq — azadlıq
Dəyişib sözlərin mənasın

Sözlərin anlamın, dəyişir İblis tamamın

Bilsək də sonunu əzbər yenə də izlərik dizinin davamın

Halalın, haramın qaldımı anlamı, ətrafa bax, qızım

Adını dəyişdik şəkərlə duzun, amma eyni dadı, tamı



Çağdaşlıq fəlsəfəsin parçalaram bir bardaşlıq

Dünyanı qardaşlıq sanıb özümüz-özümüzə yadlaşdıq

Gələcəklə ayaqlaşmaq üçün, keçmişi tapdaladıq, qızım

Qalmadı özümüzdə dəyərlərimiz, hər kəslə paylaşdıq



Çadradan qurtulduq, amma düşüncələrimiz darlaşdı

Dirçəldi dillərimiz, amma şəkilçilərimiz karlaşdı

Bu nə cür savaşdır? Bu nə cür qələbədir? Bu nə cür azadlıq?

Vətəni qoruyan ataya evində övladı yadlaşdı

Analar unutdu ana dilin, qul indi azad amma hara gedir?

Göyərçin yuvası geniş olsun deyə, lələyi gözəl olsun deyə öz balasını didir

Söylə bu tərəqqimi, söylə bu dözümlülük ya da nifrətdir?

Ən çox ev zorakılığı olan evin adı nədir? Adı ana bətni


Qızım, dilimin şəkəri, duzu

Ömrümün baharı, yazı

Ruhumun sözü, avazı, qızım

Ən gözəl alın yazım

Ən gözəl alın yazım

Ən gözəl alın yazım



View: https://youtu.be/-6SxxnPmKak?si=aQV3S3uqxaXXBYa0
Karakan - kızım Şarkı sözleri
 
Üst Alt